YapiKredi Müraciət Forması
İdman Özəl

Fransa klubu "Qalatasaray"ın gənc futbolçusunu istəyir

Fransa klubu Qalatasarayın gənc futbolçusunu istəyir

Fransanın "Lill" klubu "Qalatasaray"ın gənc qapıçısı Jankat Yılmazı heyətinə qatmaq istəyir.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yayıb.

Məlumata görə, Çempionlar Liqasında "Qalatasaray"la qarşılaşan Fransa təmsilçisi transfer çalışmalarında diqqətini İstanbul klubunun gənc qolkiperinə yönəldib. Yılmazın əsas komandada müntəzəm oynamaq imkanının məhdud olması və yeni müqavilə imzalamağa isti yanaşmaması transfer ehtimalını gündəmə gətirib.

Bildirilir ki, "Lill"lə Jankat Yılmaz arasında mümkün keçidlə bağlı danışıqlar da aparılıb. Fransa klubu daha əvvəl türkiyəli qapıçı Berke Özeri heyətinə qataraq ona əsas heyətdə şans verib. İndi isə Yılmazı transfer etməklə gələcək üçün qapıçı mövqeyini gücləndirməyi planlaşdırır.

Qeyd edək ki, "Lill" daha əvvəl heyətində Burak Yılmaz, Yusuf Yazıcı və Zeki Çelik kimi türkiyəli futbolçuların yer aldığı dövrdə PSJ-ni qabaqlayaraq Fransa çempionu olub.

Jalə