“Reallıq odur ki, orta məktəblərin bir çoxu sıx nəqliyyatın olduğu küçələrdə yerləşir. Bu da məktəb qarşısında sıxlığa, ən pisi isə odur ki, bəzən şagirdlərin avtomobillə vurulmasına gətirib çıxarır”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, bu məsələ ilə bağlı daha ciddi tədbirlər görülməlidir:
“Məktəb yaxınlığında yol hərəkətinin məhdudlaşdırılması, sürətin azaldılması, yol polisi postlarının qurulması xoşagəlməz hadisələrin qarşısını ala bilər. Eyni zamanda, maarifləndirmə də böyük rol oynuyur. Mətbuatda, sosial şəbəkələrdə, həmçinin şəhərdəki reklam lövhələrində şagirdlərin təhlükəsizliyinin qorunması ilə bağlı məlumatların yerləşdirilməsi doğru olardı. Qəza nəticəsində həyatını və sağlamlığını itirən hər bir uşaq cəmiyyətimiz üçün böyük bir itkidir. Bu, təkcə ailənin deyil, cəmiyyətin faciəsidir. Bu məsələdə daha ciddi addımlar atılmalıdır, daha yeni yollar fikirləşmək lazımdır”.
Cavidan Mirzəzadə
Demokrat.az