“Rusiya Paşinyanın istədiklərini etməməsi üçün ya onun hakimiyyətdən getməsinə çalışacaq, ya da seçkilərdə öz əlini gücləndirəcək bir nəticənin əldə edilməsinə çalışacaq”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O bildirib ki, Rusiyanın nəyəsə nail olacağını düşünmür, çünki Paşinyan son zamanlar ağıllı gedişlər edir:
“Söhbət təkcə Azərbaycanla sülh sazişindən getmir, həm də daxili auditoriyanı inandırmaq, sülhə gətirmək səylərindən gedir. Bu, sadə görünə bilər, amma kifayət qədər həlli çətin məsələdir. Yüz illərdir bir ideologiyanın təsiri altında olan bir cəmiyyəti Azərbaycan və Türkiyə ilə sülhə inandırmaq çox çətin prosesdir. Paşinyan hələki bunu edir və nəticəsi də bu cür davam edərsə, Rusiyanın təsiri regionda 80 faiz azalacaq. İndiki məqamda Rusiyanın təsiri yalnız Ermənistanda var, Azərbaycanda hiss olunmur. Rəsmi Bakı bu təhdidləri sıradan çıxarıb. Yəni proseslərin gələcəyi onu deməyə əsas verir ki, Rusiya nələrsə etməyə çalışacaq. Amma nail olacaqmı? Məncə, yox”.
Cavidan Mirzəzadə
Demokrat.az