“Əmək bazarında dəyişən tələblər birbaşa təhsil sisteminin çevikliyini şərtləndirir. Hazırda Azərbaycanda əsasən rəqəmsal bacarıqlara, informasiya texnologiyalarına, süni intellekt və kibertəhlükəsizlik üzrə mütəxəssislərə ciddi ehtiyac yaranır”.
Bunu təhsil eksperti Əli Əhmədov Demokrat.az-a açıqlamasında deyib.
O deyib ki, mühəndislik, tikinti, nəqliyyat və energetika sahələri üzrə ixtisaslı kadr çatışmazlığı da diqqəti cəlb edir:
“Səhiyyə sahəsində isə xüsusən tibb bacıları, qocalara qulluq və bəzi ixtisaslaşmış həkimlərin qıtlığı müşahidə olunur. Əmək bazarında mühüm boşluqlardan biri də peşə və texniki sahələrdədir elektrik, qaynaqçı, mexanik və santexnik kimi praktiki bilik və bacarıqlara malik kadrlar azdır. Bu sahələrin əksəriyyəti dünyanın aparıcı ölkələrində həm universitetlərdə, həm də peşə məktəblərində geniş tədris olunur. Bir çox ölkə əmək bazarındakı tələbi nəzərə alaraq ali və peşə təhsilini daim yeniləyir, qısa kurslar və modul əsaslı proqramlar tətbiq edir. Azərbaycanda isə tədris proqramları çox vaxt əmək bazarının sürətli dəyişikliklərinə dərhal cavab verə bilmir. Bu səbəbdən universitetlər və peşə məktəbləri sənaye ilə daha sıx əməkdaşlıq etməli, praktik yönümlü dərslərin payı artırılmalıdır.
Həmçinin beynəlxalq təcrübənin transferi, xaricdə sınaqdan çıxmış tədris modellərinin tətbiqi vacibdir. Onlayn təhsil platformaları və qısa müddətli sertifikat proqramları bu boşluğu qismən doldura bilər. Azərbaycanda mütəxəssis qıtlığı əsasən texniki, səhiyyə və rəqəmsal sahələrdədir. Bu istiqamətlər üzrə proqramların gücləndirilməsi ölkənin gələcək iqtisadi inkişafı üçün prioritet olmalıdır”.
Leyla Turan
Demokrat.az