ADY: Abşeron dairəvi dəmir yolu xətti üzrə rekord sayda sərnişin daşınıb

GÜNDƏM 22 sentyabr 2025, 18:37
Abşeron dairəvi dəmir yolu xətti üzrə yeni qrafikin tətbiqi nəticəsində rekord sayda sərnişin daşınıb.

15-21 sentyabr həftəsində Abşeron dairəvi marşrutu üzrə ümumilikdə 231 655 sərnişin, o cümlədən 16 sentyabrda 42 490 sərnişin səfər edib. Bu, həm həftəlik, həm də günlük rekord göstəricilərdir.

Sumqayıt-Bakı istiqamətində səfər edən sərnişinlərin sayında gündəlik 10%-ə yaxın artım qeydə alınıb.

Bundan başqa, reys sayının artırılması nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə qatarlardakı sıxlıq 18 faiz azalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top