İkinci əl maşın almaq istəyənlər bunlara diqqət etməlidir — Ekspertdən AÇIQLAMA

GÜNDƏM 22 sentyabr 2025, 19:06
“İkinci əl avtomobillərə maraq həmişə yüksək olub. Onların bu və digər formada populyar olmasının səbəblərindən biri də bu nəqliyyat vasitələrinin ölkə ərazisində daha dayanıqlı avtomobillər kimi qiymətləndirilməsidir”.

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib

O, bildirib ki, ikinci əl avtomobillər vətəndaşlar üçün daha əlçatan, rahat və sınanmış bir nəqliyyat vasitəsidir:

“Buna görə də bu avtomobillərin istifadəsi və istismarı əvvəlcə planlı şəkildə nəzarətdə idi. Amma indi vəziyyət fərqlidir. Bunlar özü-özlüyündə nəqliyyat axınlarının təmin olunmasını təşkil edir və avtomobillərin hərəkətlilik tabeliyini artırır. Eyni zamanda, rəqabətliliyi də yüksəldir. Yəni, vətəndaş zavoddan çıxmış, birinci əl avtomobil alır. Məsələn, 15 min, 20 min, 30 min manat fərqi ilə alsa da, yeni maşın və birinci əl olması önəmlidir. Bu səbəbdən ikinci əl avtomobillərə maraq azalır”.

Ekspert bildirib ki, ikinci əl qiymətinə yaxın olan birinci əl avtomobillər daha çox diqqət çəkir:

"Xüsusən də ikinci əl dedikdə, burada yaşları 10 ildən yuxarı olan avtomobillərə maraq azalır, amma 5–10 yaş arası avtomobillərə hələ də rəqabət var. Yəni, 10 ildən yuxarı avtomobillər artıq diqqətdən kənarda qalır".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top