"Son dövrlərdə, xüsusilə də Azərbaycanda elektriklə işləyən avtomobillərin sayı xeyli artmaqdadır. Bu, daxili yanacaq mühərriki ilə təchiz olunmuş avtomobillərin satışına da ciddi təsir göstərib. Ən çox Çin və Yaponiyadan gətirilən avtomobillər elektrik enerjisi ilə işləyən modellərdir. Təbii ki, bu avtomobillərin enerji ilə təminatı üçün məntəqələrin artırılması zərurəti yaranır".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
O bildirib ki, hazırda müşahidə olunan vəziyyət ondan ibarətdir ki, belə məntəqələrin sayı artmaqdadır:
"Azərbaycanın rayonlarında, şəhər mərkəzlərində, həmçinin otellərin qarşısında enerji doldurma məntəqələri yaradılıb. Lakin avtomobillərin sayı artdıqca, məntəqələrin də paralel şəkildə çoxaldılması vacibdir.
Şəxsən mən sürücülərin enerji doldurma məntəqələrinin çatışmazlığı ilə bağlı ciddi narazılığına rast gəlməmişəm. Əksinə, hazırda mövcud məntəqələr tələbatı əsasən qarşılayır. Ancaq zaman keçdikcə bu sahədə yeni addımlar atılmalı, məntəqələrin sayı artırılmalıdır ki, sürücülər çətinlik yaşamadan avtomobillərindən istifadə edə bilsinlər".
Deputat deyib ki, digər tərəfdən, hər kəsin ev şəraitində də avtomobilini enerji ilə təmin etmək imkanı var:
"Bunun üçün lazımi avadanlıqlar satışdadır və bu, müəyyən mənada mövcud ehtiyacların bir qismini fərdi qaydada qarşılamağa imkan verir.
Bununla belə, enerji doldurma məntəqələrinin regionlara aparan avtomagistrallarda, həmçinin avtomobillərin daha çox istifadə olunduğu şəhərlərdə artırılmasına böyük ehtiyac var. Yəqin ki, yaxın dövrdə bu prosesin daha da sürətlənməsinin şahidi olacağıq".
Əfsanə Kamal
Demokrat.az