"2016-cı ildən etibarən “Baku City Circuit” və “Azerbaijan Grand Prix” hər il milyonlarla tamaşaçının izlədiyi televiziya yayımına daxil olub. Formula 1-in qlobal TV auditoriyası ildə təxminən 1,5 milyard izləyici təşkil edib və hər yarış 70–100 ölkədə canlı yayımlanıb. Bu, Azərbaycanı daha əvvəl tanımayan milyonlarla insana ölkəni vizual olaraq göstərib".
Bu sözləri Demokrat.az-açıqlamasında turizm məsələləri üzrə ekspert Rahib İsmayılov deyib.
"Məsələn, 2019-cu il yarışını yalnız TV üzərindən təxminən 90 milyon nəfər izləyib və Bakının görüntüləri F1 kliplərində geniş yer alıb. 2016–2019 illərində yarış həftələrində ölkəyə gələn xarici turistlərin sayı on minlərlə olub (təxminən 15–70 min arası). Bu, Azərbaycanın turizm gəlirlərinə və otel sənayesinə ciddi stimul verib.
2022–2024-cü illərdə Baku City Circuit bildirib ki, tamaşaçıların 60–80%-i xarici vətəndaşlar olub. Bu, turizm üçün çox yüksək göstərici sayılıb.
Nəticədə Formula 1 Azərbaycanın turizm üçün açıq və təhlükəsiz ölkə imicini gücləndirib. F1 kimi iri tədbiri qəbul etmək ölkənin infrastruktur imkanlarını, təhlükəsizlik təminatını və beynəlxalq tədbir təcrübəsini göstərib".
O deyib ki, yarış təşkilində beynəlxalq sponsorlar, qlobal şirkətlər və yüzlərlə media qurumu iştirak edib:
"Bu da Azərbaycanı beynəlxalq işgüzar dairələrdə tanıdıb. Azərbaycan müasir, açıq, qlobal idman və mədəniyyət tədbirləri keçirə bilən ölkə kimi təqdim olunub. “Formula 1 City Break” brendi turistlərin Bakı ilə tanışlığını artırıb. Formula 1 ilə Azərbaycan “dünyanın ən prestijli idman hadisələrindən birinin” ev sahibi kimi tanınıb. Bu, ölkənin adını beynəlxalq arenada sabit saxlayıb və hər il yenidən gündəmə gətirib.Nəticədə Azərbaycanın xarici aləmdə tanınma səviyyəsi xeyli yüksəlib. Ölkə artıq “kiçik, amma böyük tədbirlərə ev sahibliyi edən” imicinə malik olub".
Əfsanə Kamal
Demokrat.az