“Əgər hər hansı meyvənin qiyməti bahadırsa və alıcının cibinə uyğun deyilsə, alıcı onu almaq məcburiyyətində deyil. Heç kim məcbur deyil ki, mütləq şəkildə bahalı meyvə alsın və yesin. Bu bazar iqtisadiyyatıdır”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
O, bildirib ki, qiymətlərin ən aşağı olduğu dövr məhz avqust, sentyabr və oktyabr aylarıdır:
“Çünki bu aylarda məhsul bolluğu var, yəni meyvə-tərəvəz kütləvi şəkildə bazara çıxarılır. Elə buna görə də qiymətlər nisbətən ucuz olur. Amma dekabr, yanvar aylarında, məhsul azalanda qiymətlər mütləq şəkildə qalxacaq. İnsanlar tələbatlarını öz büdcələrinə uyğun planlaşdırmalıdırlar. Əgər bir meyvə bahadırsa, daha münasib alternativlərə üstünlük vermək lazımdır və ya gəlirlərini artırmaq üçün yollar axtarılmalıdır. Qiymətlərin ucuzlaşması üçün məhsul bolluğu olmalıdır. Bolluq isə o zaman yaranır ki, insanlar kənd təsərrüfatı ilə məşğul olur, bağ-bağçaya diqqət yetirirlər. Hamımız şəhərə toplaşmışıq, amma istəyirik ki, qiymətlər ucuz olsun. Bu mümkün deyil. Qiymət yalnız məhsul bol olanda ucuzlaşır.
Leyla Turan
Demokrat.az