Türkiyəli müğənni Mabel Matiz polis idarəsində ifadə verib

ŞOU-BİZNES 22 sentyabr 2025, 21:18
Türkiyə Daxili İşlər Nazirliyinin haqqında təhqiqata başlanılması üçün İstanbul Baş Prokurorluğuna müraciət ünvanlandığı məşhur müğənni Mabel Matiz ifadə verib.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Mabel Matiz kimi tanınan Fatih Karaca "Perperişan" mahnısının sözlərinə görə ədəbsizlik ittihamı çərçivəsində polisin müşayiəti ilə Kibercinayətlər üzrə İstintaq Bürosunda bir saata yaxın müddətdə ifadə verib və daha sonra başqa heç bir açıqlama vermədən binasını tərk edib.

Qeyd olunub ki, müğənni ifadəsində "Perperişan" mahnısının sözlərinin özünə məxsus olduğunu bildirib.

"Mahnımın məqsədi insanları təhrik etmək və ya insanlarda mənfi yönə istiqamətləndirmək deyil, əksinə, insanları birləşdirmək və gözəl hisslər oyatmaqdır. Bu mahnı 1.5 il əvvəl lentə alınıb və minlərlə insan tərəfindən dinlənilib. Mahnını yazdığım zaman belə bir təsir yaradacağını təxmin etməzdim. Əgər yayımlanmazdan əvvəl dinlətdiyim insanlardan zərrə qədər də bu istiqamətdə hər hansı şərh eşitsəydim, mahnını dərhal silərdim. Bu məsələdə çox həssas insanam. Mənfi hisslər doğuracağını düşündüyüm əsərlərdə lazımi təşəbbüsü ələ alaraq müdaxilə edirəm və sözlərdə dəyişiklik edirəm. Bu mövzularda yüksək həssaslıq göstərirəm. Peşmanam. Mənə qarşı irəli sürülən ittihamları qəbul etmirəm", - deyə Mabel Matiz qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2025, 22:33
22 sentyabr 2025, 21:22
Top