Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü

XARİCİ SİYASƏT 23 sentyabr 2025, 08:45
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında məlumat verilib.

Qeyd edilib ki, görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, o cümlədən tarixi Vaşinqton sammiti müzakirə edilib.

Eyni zamanda, tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 sentyabr 2025, 09:33
Top