Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq.
Qeyd edək ki, güzəşt 2019-cu ildən tətbiq edilir. Güzəştlərə əsasən, yalnız hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14 faiz vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14, ondan çox olan hissəsindən isə 25 faiz vergi tutulacaq.
Bəs özəl sektorda çalışanlardan 14 faiz gəlir vergisinin tutulması maaşlara necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, belə vəziyyətdə işə götürən ya işçilərin bir hissəsini işdən çıxarmalı, ya da onlara verdiyi əmək haqqını azaltmalı olacaq:
“Hələlik məsələ ilə bağlı dəqiq məlumat yoxdur. Bununla bağlı nə hökumət, nə də qanunverici orqan tərəfindən heç bir açıqlama verilməyib. Amma bütün hallarda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin ləğv edilməsini yanlış hesab edirəm”.
Vergi güzəştləri daha 7 il uzadılmalıdır.
Ekspertin fikrincə, özəl sektorun üzərinə əlavə vergi yükünün qoyulması o zaman mümkün olar ki, Dövlət Sosial Müdafiə Fonduna ödənişlər kəskin azalsın:
“Bu ödənişlərin yerində qalması və əlavə olaraq vergilərin artması nəticə etibarı ilə işsizliyin artmasına səbəb olacaq. Özəl sektor bu halda optimallaşma apararaq, yükünü azaltmaq üçün əksər işçilərini işdən çıxartmalı olacaq. Çünki bu zaman işə götürən də əlavə vergi ödəməli olur. Yaxud da işə götürən maaşları azaldacaq ki, bu da işçilərin gəlirinə mənfi təsir göstərəcək. Məsələ ciddi şəkildə ictimai müzakirədən keçməli və vergi güzəştləri daha 7 il uzadılmalıdır”.