Ceyhun Bayramov Nyu-Yorkda Ararat Mirzoyanla görüşdü

XARİCİ SİYASƏT 23 sentyabr 2025, 10:51
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2025-ci il avqustun 8-də baş tutan tarixi Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, tərəflər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top