Gündəm

Sahil Babayev TƏBİB-də yoxlamalara başladı

Sahil Babayev TƏBİB-də yoxlamalara başladı

"Sahil Babayev TƏBİB-də "islahatlara" başladı – Əməkdaşların mükafatları kəsildi" başlıqlı xəbərindən sonra TƏBİB-də çalışanlar arasında ciddi narahatlıq baş verib.

Demokrat.az Vətəninfo.az-a istinadən xəbər verir ki, bundan sonra nazirlik tərəfindən TƏBİB-ə rəsmi məktub göndərilib və hansısa narahatçılığa əsas olmadığı bildirilir.

Məlumatlı mənbələrin sözlərinə görə, bir müddət əvvəl Azərbaycan Respublikası Auditorlar Palatası TƏBİB-də apardığı yoxlamalardan sonra, indi də Maliyyıə nazirliyi yoxlamalara başlayıb.

Məlumasta görə, artıq nazirlik tərəfindən TƏBİB-ə ayılan ümumi vəsaitdən təqribi 700 milyon manat kəsilib.

Məlumata görə bu kəsilmə bir yana, eyni zamanda Maliyyə Nazirliyi işçilərə verilən bonusları və əlavə mükafatları da kəsməyə hazırlaşır. Bundan başqa TƏBİB-də yeni işçilərin işə qəbulu da dayandırılıb.

NE
Nihadə Eyyubova