“Son günlər ölkə ərazisində müşahidə olunan 40 dərəcəyə çatan isti hava körpə və azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradır”.
Bunu Demokrat.az-a açıqlamasında pediatr Sevinc Rəhimova bildirib.
Onun sözlərinə görə, körpələrdə bədən istiliyini tənzimləyən sistem tam formalaşmadığı üçün onlar istiyə qarşı daha həssas olurlar:
“Havanın bu qədər isti keçməsi günvurma, susuzlaşma, dəri səpkiləri, halsızlıq və hətta beyin qan dövranı pozulmaları ilə nəticələnə bilər. Xüsusilə 1 yaşa qədər olan körpələrin günün isti saatlarında çölə çıxarılması ciddi risk daşıyır. Əgər mütləq ehtiyac varsa, uşaq başı bağlı şəkildə və tam kölgədə saxlanmalıdır. Körpələrə tez-tez ana südü və ya yaşına uyğun şəkildə maye verilməlidir. Evdə hava axını təmin edilməli, uşağın qaldığı otaq sərin saxlanmalıdır. Körpələrə yüngül, tərləməyə imkan verən pambıq geyimlər geyindirilməlidir. İsti hava davam etdikcə valideynlər xüsusilə 2 yaşa qədər uşaqlar üçün daha diqqətli olmalı və profilaktik tədbirləri ciddi şəkildə yerinə yetirməlidirlər”.
Leyla Turan
Demokrat.az