“Son günlər insanların kütləvi şəkildə qrip, qızdırma və ishaldan əziyyət çəkməsi təsadüfi deyil. Mövsüm dəyişməsi, havaların dəyişkənliyi və temperatur fərqləri immuniteti zəiflədərək xəstəliklərə zəmin yaradır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında həkim-terapevt Vəfa Hüseynova bildirib.
Həkim qeyd edib ki, çəktəblərin açılması və insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi virusların sürətlə yayılmasını asanlaşdırır:
“Ən çox zərbə isə uşaqlara, yaşlılara və immuniteti zəif olanlara dəyir. Su və qida gigiyenasına diqqət edilmədikdə ishal halları artır, çirkli su və düzgün saxlanmayan ərzaqlar əsas səbəblərdəndir.
Yeni virus ştammlarının dövriyyəyə girməsi də vəziyyəti daha da ağırlaşdırır. Ona görə peyvəndlənmə, düzgün qidalanma və güclü immunitet indi hər zamankından vacibdir. Vitaminlərlə zəngin qidalar, bol maye qəbul etmək, təmiz hava və hərəkətli həyat tərzi bədəni gücləndirir.
İnsanların özbaşına antibiotik qəbul etməsi isə xəstəliyi sağaltmaq əvəzinə ağırlaşdıra bilər. Simptomlar uzanarsa və ya kəskinləşərsə, həkimə müraciət şərtdir. Hər bir ailə fərdi gigiyenaya və profilaktik tədbirlərə ciddi yanaşmalıdır. Bu qaydalar sadə görünsə də, yoluxucu xəstəliklərin qarşısını almaqda ən güclü silahdır”.
Leyla Turan
Demokrat.az