"Birinci İnvestisiya Forumu Azərbaycanda keçirilən digər beynəlxalq tədbirlər kimi mühüm əhəmiyyət kəsb edir. Burada nüfuzlu şirkətlərin və investorların iştirakı göstərir ki, yaxın və uzaq perspektivdə ciddi layihələr nəzərdə tutulur və əldə olunan razılaşmalar Azərbaycan üçün yeni dividendlər gətirəcək".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.
O bildirib ki, xüsusilə işğaldan azad olunmuş bölgələrin iqtisadi inkişafı və onların iqtisadi mərkəzə çevrilməsi istiqamətində görülən işlər bu tədbirin vacibliyini artırır:
"Xarici dövlətlər və böyük şirkətlərlə əməkdaşlıq, investorların bölgəyə cəlb olunması əsas hədəflərdəndir.
Müzakirə olunan mövzular göstərir ki, Azərbaycanın qeyri-neft sektorunun imkanlarının genişləndirilməsi prioritet istiqamətlərdəndir. Bu, ölkənin iqtisadi gücünü artırmaqla yanaşı, xarici siyasətdə də mövqelərinin möhkəmlənməsinə səbəb olur.
Güclü iqtisadiyyat təsirli və effektiv siyasətin əsas şərtidir. Bu cür tədbirlər isə yeni iqtisadi imkanların və əlaqələrin yaranmasına şərait yaradır və Azərbaycan üçün əhəmiyyətli nəticələr vəd edir".
Əfsanə Kamal
Demokrat.az