Azərbaycan Cənubi Qafqazda açar rolu oynayan dövlətdir — AÇIQLAMA

GÜNDƏM 24 sentyabr 2025, 14:41
“Zəngəzur dəhlizi Azərbaycana və region ölkələrinə böyük faydalar gətirəcək strateji bir layihədir. Bu, sıradan bir regional təşəbbüs deyil, qlobal əhəmiyyətə malik bir layihədir və bütün region ölkələri bu prosesdən qazanclı çıxacaq”.

Bu sözləri Demokrat.az-a açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib. 

O bildirib ki, Azərbaycan bu layihədən ən çox qazanan ölkələrdən biri olacaq:

“Çünki Cənubi Qafqazda açar rol oynayan bir dövlətdir və bu layihədə həm əsas iştirakçı, həm də əsas investor qismində çıxış edir. Belə iri layihələrdə kim daha çox sərmayə qoyursa, təbii olaraq, daha çox fayda da o götürür. Bu da olduqca normal və gözlənilən haldır. 

Zəngəzur dəhlizinin açılması, həm Azərbaycan-Ermənistan arasında dayanıqlı sülhün möhkəmlənməsinə, həm də Cənubi Qafqazda işgüzar və sabit bir mühitin formalaşmasına ciddi töhfə verəcək. 

Bu dəhliz regiona qlobal güclərin diqqətini cəlb edən bir iqtisadi marşruta çevriləcək. Artıq bunun ilk əlamətləri görünməkdədir. Məsələn, ABŞ və digər böyük dövlətlərin maraqları da bu layihəyə yönəlmişdir”. 

Politoloq deyib ki, ABŞ-nın Prezidenti Donald Tramp bu layihə ilə maraqlanması heç də təsadüfi deyildi:

“Çünki bu dəhliz, sözün əsl mənasında, qazandıran bir layihədir. Layihənin reallaşması həm Azərbaycana yeni investisiyaların gəlb olunması, həm diplomatik nüfuzun artması, həm də iqtisadi həyatın canlanması baxımından böyük imkanlar yaradacaq. 

Və bu imkanlar təkcə Azərbaycanın deyil, bütün region ölkələrinin iqtisadi potensialını ortaya çıxaracaq. Buna görə də regionda olan bütün bu dəhlizin açılmasında Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olmalıdır”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 sentyabr 2025, 14:59
Top