Qəzaya düşən müəllimlərin son durumu ilə bağlı TƏBİB-dən AÇIQLAMA

GÜNDƏM 24 sentyabr 2025, 14:15
“24.09.2025-ci il tarixində saat 08:15 radələrində Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 16 nəfər (qadın cinsli) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub”.

Bu barədə Demokrat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Məlumata görə, bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasına və 13 nəfər isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar:

Zəruri tibbi yardım göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Müalicəsi tibb müəssisələrində davam etdirilən pasiyentlərdən 10 nəfərin vəziyyəti stabil, 3 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir”.

Xatırladaq ki, Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşmasından sonra mikroavtobus idarəetmədən çıxaraq aşıb. 

Sərnişinlərin Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 sentyabr 2025, 14:59
Top