Türkiyəli seysmoloqdan güclü zəlzələ xəbərdarlığı: "Evlərinizdən köçün"

DÜNYA 24 sentyabr 2025, 19:59
"Türkiyənin Sındırgı rayonunda (Balıkesir) günlərdir mütəmadi olaraq davam edən zəlzələlərə baxmayaraq, seysmik gərginlik hələ də tam boşalmayıb".

Oxu.Az-ın "Haber Global"a istinadən verdiyi məlumata görə, Türkiyədə geofizika üzrə mütəxəssis, professor Ahmet Ercan bununla bağlı xəbərdarlıq edib.

Onun sözlərinə görə, regionda son üç gündə 4.6, 4.2 və 4.7 bal gücündə üç zəlzələ qeydə alınıb, bundan əvvəl də 6.1, 5.1 və 5.0 bal gücündə təkanlar baş verib.

"Lakin seysmik gərginlik hələ də qalıb. Böyük bir zəlzələ baş verərsə, bu, təəccüblü olmayacaq", - deyə professor bildirib.

Onun sözlərinə görə, əhali ciddi narahatlıq keçirir.

Mütəxəssis Sındırgıdakı tikililər də artıq zədələnmiş vəziyyətdə olduqları barədə xəbərdarlıq edib və sakinləri tezliklə rayonda inşa edilən TOKİ mənzillərinə köçməyə çağırıb. Onun sözlərinə görə, bu evlər möhkəm və etibarlı ərazidə tikilib.

Xatırladaq ki, avqustun 10-da Balıkesirdə baş verən 6.1 bal gücündə zəlzələ dağıntılar və bir nəfərin ölümü ilə nəticələnmişdi. Həmin vaxtdan etibarən vilayətdə mütəmadi olaraq yeraltı təkanlar qeydə alınır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top