Qorxulu xəbərdarlıq: Türkiyədə yenidən zəlzələ ola bilər

DÜNYA 24 sentyabr 2025, 16:41
Türkiyənin zəlzələ üzrə mütəxəssisi Prof. Dr. Ahmet Ercan, Türkiyənin Balıkesir vilayətində baş verən təkanlarla bağlı açıqlama verib.

Demokrat.az xəbər verir ki, o bildirib ki, son 3 gündə 4,6; 4,2 və 4,7 bal gücündə təkanlar qeydə alınıb.

Ekspertin sözlərinə görə, daha əvvəlki 6,1; 5,1 və 5,0 bal gücündə zəlzələlər də bölgədəki gərginliyi tam boşaltmayıb. "Torpaq hələ isinib qalıb, qalan gərginlik boşalmayıb. Böyük zəlzələ sürpriz olar, amma Sındırgıdakı binalar köhnəlib," – deyə o qeyd edib.

Mütəxəssis, bölgədə inşa edilən TOKİ binalarının daha etibarlı olduğunu vurğulayıb və insanların tezliklə ora köçməsini tövsiyə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top