KİV: "İlon Maskın atası öz uşaqlarına qarşı seksual zorakılıqda üç dəfə ittiham olunub"

DÜNYA 23 sentyabr 2025, 21:37

Cənubi afrikalı iş adamı, milyarder İlon Maskın atası Errol Mask doğma övladlarına, ögey oğul və qızlarına qarşı seksual xarakterli zorakılıqda dəfələrlə ittiham olunub.

Oxu.Az bildirir ki, bu barədə "The New York Times" qəzeti polis sənədlərinə, məhkəmə protokollarına, Mask ailəsinin üzvləri ilə söhbətlərə və digər mənbələrə istinadən yazır.

Məlumata görə, Errol Mask üç dəfə evlənib və onun doqquz doğma və ögey uşağı var. Qəzet yazır ki, iş adamını uşaqlara qarşı cinsi zorakılıqda ilk dəfə 1993-cü ildə dörd yaşlı ögey qızının ona toxunduğunu qohumlarına danışmasından sonra ittiham ediblər.

Daha sonra digər qohumlar onu öz iki doğma qızına və ögey oğluna cinsi qısnamada ittiham ediblər.

Ən son ittiham 2023-cü ilə aiddir - həmin vaxt Errol Maskın beş yaşlı oğlu qohumlarına və sosial işçilərə atasının ona toxunduğunu danışıb.

Polis Maskla bağlı bu cür işlər üzrə üç dəfə araşdırma açıb. İki iş bağlanıb, üçüncünün nəticəsi isə məlum deyil.

İlon Maskın özü bir neçə müsahibəsində atası ilə ünsiyyətdə olmadığını və onun təsəvvür edilə biləcək az qala hər pisliyi etdiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top