""Beynəlxalq İnvestisiya Forumu” bizim tərəfdaşlarla birlikdə günün ən aktual məsələlərinin araşdırılması və məqsədlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki bu gün dünyada müşahidə olunan proseslərin bir çoxu xaos və böhranlarla müşayiət olunur. Belə şəraitdə yalnız işgüzar layihələr, ortaq proqramlar mənzərəni sabitləşdirə, neqativ tendensiyaların qarşısını ala bilər. Məhz bu vasitələrlə xalqlar, aparıcı qruplar və kommersiya liderləri boşluqları aradan qaldırmağa çalışırlar".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
"İnkişaf üçün ilk növbədə enerji təminatı və enerji istehsalı vacibdir. Enerji istehsalı isə müasir texnologiyaların tətbiqi ilə bilavasitə bağlıdır. Bu istiqamətdə maliyyə dəstəyi və maliyyə proseslərinin səmərəliliyinin genişləndirilməsi vacib şərtə çevrilir. Təbii ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Pakistan və digər ölkələrlə enerji, nəqliyyat, kommunikasiya və informasiya mübadiləsi sahələrində səmərəli əməkdaşlıq qurmuşuq. Forum isə ilk növbədə iştirakçıların bir-birinə daha yaxın olmasına, tanışlığına və canlı dialoq mühitində müzakirələr aparmasına şərait yaradır ki, bu da məhsuldarlığı artırır".
O bildirib ki, hər hansı sənədə imza atılarkən həmin imza icra intizamını tələb edir:
"Bu baxımdan Azərbaycan dünya miqyasında böyük müsbət potensial əldə edib. Çünki çox vaxt sənədlər imzalansa da, onların icrası baş tutmur və ya qismən həyata keçirilir. Azərbaycan isə həmişə göstərib ki, imza atdığı sənədlərə sadiqdir – “sözümüz imzamızdır” prinsipinə əməl edir. Bu da proseslərə ciddi yanaşdığımızı, nizam-intizama üstünlük verdiyimizi və qarşı tərəfdən də eyni münasibəti gözlədiyimizi təsdiqləyir".
Onun sözlərinə görə, bu proseslərdə biz hər şeyi dərindən təhlil etməyi bacarırıq:
"Maliyyə sahəsində artıq güclü bir klasterimiz formalaşıb. Beynəlxalq maliyyə institutlarının təcrübəsinə bələd olan mütəxəssislərimiz, eləcə də gənclərimiz bu sahədə bilik qazanıblar. Ona görə də biz artıq bu müstəvidə kifayət qədər peşəkar səviyyəyə çatmışıq.
Azərbaycan öz peşəkarlığını və tərəfdaşlıq imkanlarını dünya birliyi qarşısında nümayiş etdirir. Beynəlxalq İnvestisiya Forumunun uğurla keçirilməsi də bunun bariz nümunəsidir. İştirakçıların sayı, əldə olunan razılaşmaların keyfiyyət və kəmiyyət göstəriciləri göstərir ki, Azərbaycan bütün istiqamətlərdə fəal iştirakçı, etibarlı tərəfdaşdır. Biz müasir üsullar və yeni texnoloji nailiyyətlərdən yararlanmaq bacarığımızla seçilirik. Bu amillər birləşərək tərəfdaşlarımızla münasibətlərimizin həm çox səmərəli, həm də ümidverici olduğunu təsdiqləyir".
Əfsanə Kamal
Demokrat.az