“Çin avtomobillərinə maraq hazırda həddindən artıq çoxdur, bu avtomobillər hazırda bazarın lideridir. Çünki ucuzdur, innovativdir, əlçatandır”.
Bunu Demokrat.az-a “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası”nın İdarə Heyətinin sədri Eyyub Əliyev deyib. Onun sözlərinə görə, ikinci əl Çin avtomobilləri alanlar daha çox əvvəlki illərdə ölkəmizə gətirilən avtomobilləri seçirlər:

“Hansılar ki, sınaqdan çıxmış avtomobillərdir. Ümumi götürsək, bütün avtomobillərin ikinci əl bazarı yaxşı deyil. Çünki elə markalar var ki, onlar hələ bazarda özlərini təsdiqləməyiblər, modelləri çox tanınmır. Bir modelin birinci əl bazarda yer tutmamış ikinci əl bazarında yer tutması hələ tezdir.
İkinci əl avtomobil alanda rəsmi servisdə yoxlatdırmaq lazımdır, avtomobilin hansı problemləri olduğunu aşkarlamaq vacibdir. Bu avtomobillərə tam bələd olmayan ustaya yoxlatdırıb almaq olmaz. Rəsmi servisdə, xüsusi cihazlarla diaqnostika etdirmək daha doğrudur”.
Cavidan Mirzəzadə
Demokrat.az