Ərdoğanın məşhur sözü Nyu-York küçələrində — FOTOLAR

DÜNYA 24 sentyabr 2025, 16:46
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tez-tez təkrar etdiyi "Dünya beşdən böyükdür" sözü Nyu-York şəhərinin məşhur "Tayms" meydanında ekranlarda əks olunub.

Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, Ərdoğanın 2005-ci ildə BMT-də islahat çağırışı etdiyi tarixi çıxışı hələ də aktual mövzu olaraq qalır.

Qeyd olunub ki, Türkiyə liderinin BMT-nin Baş Assambleyasında təkrarlanan "Daha ədalətli bir dünya mümkündür" ifadəsi Nyu-Yorkun küçə və prospektlərində ekranlarda yer alıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top