Zelenski: "Ordumuz min rusiyalı əsgəri mühasirəyə alıb"

DÜNYA 24 sentyabr 2025, 09:01
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampa Ukrayna Silahlı Qüvvələrinin son ay ərzində ölkə ərazisinin 360 kvadrat kilometrini azad etdiyini bildirib.

Demokrat.az xəbər verir ki, Zelenski bu bəyanatla BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda Trampla birgə keçirilən brifinqdə çıxış edib.

"Yaxşı xəbərlərimiz var. Əlbəttə ki, müharibəni dayandırmaq istəyirik və ilk növbədə sizin köməyinizlə. Yaxşı ki, bizim hərbçilər bu ay ərzində 360 kvadrat kilometr ərazini azad ediblər və 1 000 rusiyalı əsgəri mühasirəyə alıblar", - deyə Zelenski vurğulayıb.

Daha sonra Ukrayna prezidenti Trampla görüşü bitdikdən sonra onu qiymətləndirib:

"Bu gün çox yaxşı görüş oldu. Yəqin ki, ən məzmunlu görüşlərdən biri idi".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 sentyabr 2025, 09:47
Top