Bakıda Beynəlxalq Forum keçirilir

SOSİAL 24 sentyabr 2025, 09:39
Bu gün Bakıda III Beynəlxalq Statistika Forumu işə başlayıb.

Demokrat.az-ın məlumatına görə, tədbir sentyabrın 26-na qədər davam edəcək.

Dövlət Statistika Komitəsi və MDB-nin Dövlətlərarası Statistika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən forum "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusuna həsr olunub.

Tədbirdə 15 ölkədən və 10 beynəlxalq təşkilatdan yüksək səviyyəli nümayəndə heyətləri, elmi ictimaiyyətin tanınmış nümayəndələri və ekspertlər iştirak edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 sentyabr 2025, 09:47
Top