Professor "Azparking"dən şikayətləndi: "Bu qurumda kifayət qədər problemlər var"

SOSİAL 24 sentyabr 2025, 11:33
“Qanun var, qayda var, qurum rəhbərliyi işçilərin yeməyi, təbii ehtiyacları üçün vaxt təyin etməli, şərait yaratmalıdır”.

Bunu Demokrat.az-a açıqlamasında 4 çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib.

"AzParking" şirkətində çalışan əməkdaşlara təbii ehtiyaclarını ödəmək üçün yalnız gündə bir dəfə icazə verilməsi iddialarından danışan sabiq deputat qeyd edib ki, işçilər yığışaraq kollektiv formada qurum rəhbərinə müraciət etməlidirlər:



“Düzdür, müəyyən islahatlar olub. Amma bu qurumda kifayət qədər problemlər qalıb. Qurum təzə yaransa da, kifayət qədər təcrübələri var, indi bu təcrübəni həyata keçirmək lazımdır. Amma işçilər özləri də fəal olmalıdırlar”.

Xatırladaq ki, sosial şəbəkələrdə yayılan iddialara görə, "AzParking" şirkətində çalışan əməkdaşlara iş saatları ərzində təbii ehtiyaclarını ödəmək üçün yalnız gündə bir dəfə icazə verilir. Sözügedən iddialar isə ictimaiyyətin kəskin tənqidi ilə qarşılanıb.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top