Boşanma zamanı əmlak bölgüsündə uşaqlara pay verilir? — AÇIQLAMA

SOSİAL 24 sentyabr 2025, 11:40
"Nikaha xitam verildikdən sonra əmlakın bölünməsi övladlara şamil edilmir. Birgə nikah dövründə ər və arvad tərəfindən əvəzli şəkildə, yəni pulla alaraq, işləyib maaş qazanaraq və ya bağışlama xaricində əldə edilən əmlak onların ümumi mülkiyyəti hesab olunur və bərabər payla (50%-50%) bölünür".

Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O, bildirib ki, uşaqların bu əmlaka heç bir aidiyyəti yoxdur:



"Yalnız ər-arvad arasında nikah müqaviləsi bağlanarsa, orada qeyd oluna bilər ki, hər kəs yalnız öz qazancı və əldə etdiklərinin sahibi olacaq. Əgər belə bir müqavilə yoxdursa, əmlak avtomatik olaraq yarı-yarıya bölünür".

Vəkil bildirib ki, boşanma zamanı uşaqların kimdə qalması məsələsi ayrıca həll edilir:

"Adətən uşaqlar ananın himayəsində qalır. Atanın isə uşağın saxlanılması üçün aliment ödəmə öhdəliyi olur".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 sentyabr 2025, 13:15
Top