Azərbaycan Şərqlə Qərbin birləşdiyi yerdə yerləşir. Bu baxımdan Avrasiya Universitetləri Sammitini keçirməyin əhəmiyyətli olduğunu düşünürəm.
Demokrat.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “THE Avrasiya Universitetlərinin Sammiti”nin açılış mərasimində deyib. O bildirib ki, ötən illərdə xaricdə təhsil almaq üçün müraciət edən azərbaycanlı tələbələrin sayı artıb: “Dünyanın nüfuzlu universitetlərində oxuyan tələbələrimizin sayı olduqca çoxdur. Ölkəmizdə universitet məzunlarının sayı demək olar ki, maksimum səviyyədədir. Bəzi sosial göstəricilər də göstərir ki, tələbələrimizin çoxu xaricə köçmək istəyir. Hesab edirəm ki, tələbələrin mübadiləsini artırmalıyıq. Bu, xüsusilə kiçik ölkələrə yardım edəcək. Burada bir çox çağırışlara əsasən gedən və qayıdan tələbələrin sayında balansı qorumalıyıq. Daha çox kəmiyyətə deyil, keyfiyyətə diqqət ayırmalıyıq”.
Nazir xarici universitetlər və institutlar arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq Avrasiya kimi önəmli regionda elmi araşdırmaların aparılmasının vacibliyini qeyd edib.