“Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O bildirib ki, fondun yaradılması haqqında qərar hələ yenidir:
“Ümid edirəm ki, fond Bakının ən böyük dərdi olan nəqliyyat məsələsini müəyyən mənada həllinə yarayacaqdır.
Doğrudur, son illər nəqliyyat sektorunda islahatların aparıldığını, müəyyən addımların atıldığını və strateji yol xəritəsinin formalaşdırıldığını görürük.
Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı dövlət proqramı da uğurla icra olunur. Sözügedən proqram çərçivəsində bir sıra həll yolları müəyyən olunub. Amma Azərbaycanda xüsusilə Bakıda nəqliyyat probleminin nə qədər dərin olduğunu nəzərə alsaq, bir neçə ay ərzində nələrinsə dəyişməsini gözləmək olduqca qeyri-real və absurd yanaşma olardı.
Fondun ilk hesabatı elan olunduqdan sonra onun haqqında nəsə demək olar. İndi sadəcə onu deyə bilərəm ki, ümumiyyətlə Bakıda nəqliyyat sıxlığı şəhərdə yaşamağı günü-gündən çətinləşdirir”.
Leyla Turan
Demokrat.az