Cennifer Lopezin Türkiyədəki konsertindən GÖRÜNTÜLƏR — VİDEO

ŞOU-BİZNES 06 avqust 2025, 12:38
Məşhur müğənni Cennifer Lopezin Türkiyədə çoxdandır gözlənilən konserti baş tutub. 

Demokrat.az
xəbər verir ki, sənətçi 6 il aradan sonra "Up All Night Live in 2025" konsert turu ilə qonşu ölkədə sevənləri qarşısında çıxış edib.

İfaçı "İstanbulda olduğuma inana bilmirəm. Çox uzun müddət keçdi. Burada sizinlə olmaq möhtəşəm hissdir" deyə o qeyd edib.

Lopez Türkiyəyə ümumilikdə 90 nəfər heyətlə gəlib. 



Sənətçi "Festival Park Yenikapı"da baş tutan konsertə "On The Floor" mahnısı ilə start verib. 2 saat davam edən konsertdə 15 səhnə şousu göstərilib, ümumilikdə isə 50 mahnı səsləndirilib. 

Lopezin konsertinə Aslı Turanlı, Sitare Akbaş, Cengiz Orhonlu, Cemre Baysel, Nükhet Duru, Hazal Filiz Küçükköse, Özlem Ada, Berkay Şahin, Tuva Ünsal, Arzu Sabancı, Hande Doğandemir, Sahra Şaş, Cedi Osman və Ebru Şahin kim tanınmış simalar axın ediblər. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top