"Mazu Yachts" şirkətinin sahibi, tanınmış türk iş adamı Halit Yukay dənizdə itkin düşüb.
Demokrat.az xəbər verir ki, onun yalovadan Yunanıstanın Mikonos adasına səyahət etdiyi yaxta Balıkəsirin Mərmərə adası sahillərində ikiyə bölünmüş vəziyyətdə aşkarlanıb.
Məlumata görə, Halit Yukay 4 avqust səhəri özünə məxsus lüks yaxta ilə Yalovadan yola düşüb. Lakin gün ərzində ondan heç bir xəbər alınmayıb. Narahat olan yaxınları dərhal səlahiyyətli orqanlara məlumat verib. Nəticədə Sahil Mühafizə Komandanlığı tərəfindən koordinasiya edilən axtarış-xilasetmə əməliyyatı başlayıb.
Hazırda Halit Yukayın özü tapılmayıb. Onun harada və hansı vəziyyətdə olduğu bilinmir. Quru və dənizdə axtarışlar gecə-gündüz davam edir. Rəsmi qurumlar bildiriblər ki, istintaq başlanıb və hadisənin səbəbi dəqiqləşdirilir. (Milli.Az)