14 yaşlı qız pişiyinə görə 5-ci mərtəbədən yıxıldı

DÜNYA 06 avqust 2025, 13:37
Türkiyənin Samsun şəhərində bədbəxt hadisə yaşanıb. 

Demokrat.az xəbər verir ki, Atakum bölgəsində binanın 5-ci mərtəbəsində yaşayan Z.E.A. adlı 14 yaşlı qız pişiyini tutmaq istəyərkən az qala canından olub. 

Bildirilib ki, qız 7 mərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq torpaq əraziyə düşərək yaralanıb. Hadisə yerinə polis və təcili yardım çağırılıb. 

Yaralanan Z.E.A-ya ilkin müdaxilə göstərildikdən sonra o Ondokuz Mayıs Universitetinin Tibb fakültəsi xəstəxanasına yerləşdirilib. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top