Rusiyada, Elista ilə Volqoqrad şəhərləri arasındakı ərazidə baş verən ağır yol-nəqliyyat hadisəsiazərbaycanlının ölümü ilə nəticələnib.
Demokrat.az xəbər verir ki, Oxu.az hadisə zamanı həlak olan Vüqar adlı həmyerlimizin fotosunu əldə edib.
Onun Salyan rayonundan olduğu bildirilib. Yayılan məlumatlar arasında o da qeyd edilib ki, qəzaya düşən nəqliyyat vasitəsinin sahibi Abdullah adlı şəxsdir. Həlak olan şəxsin digər məlumatları və hadisənin təfərrüatı barədə əlavə məlumat yoxdur.



