YapiKredi Müraciət Forması
Birja

Azərbaycan neftinin qiyməti 100 dolları ötdü

Azərbaycan neftinin qiyməti 100 dolları ötdü

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,8 ABŞ dolları və ya 2,8 % artaraq 102,68 ABŞ dolları təşkil edib.

Demokrat.az xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 96,11 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,89 ABŞ dolları və ya 3,01 % artaraq 98,79 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.