Dünya

14 yaşlı qız pişiyinə görə 5-ci mərtəbədən yıxıldı

14 yaşlı qız pişiyinə görə 5-ci mərtəbədən yıxıldı

Türkiyənin Samsun şəhərində bədbəxt hadisə yaşanıb.

Demokrat.azxəbər verir ki, Atakum bölgəsində binanın 5-ci mərtəbəsində yaşayan Z.E.A. adlı 14 yaşlı qız pişiyini tutmaq istəyərkən az qala canından olub.

Bildirilib ki, qız 7 mərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılaraq torpaq əraziyə düşərək yaralanıb. Hadisə yerinə polis və təcili yardım çağırılıb.

Yaralanan Z.E.A-ya ilkin müdaxilə göstərildikdən sonra o Ondokuz Mayıs Universitetinin Tibb fakültəsi xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

D
demokrat.az