YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Qoz qabığını atmayın: Evdə və bağda istifadə etməyin 3 faydalı yolu

Qoz qabığını atmayın: Evdə və bağda istifadə etməyin 3 faydalı yolu

Qoz yeyildikdən sonra qabığını zibilə atmağa tələsməyin. Məlum olub ki, bu tullantı hesab edilən materialdan bağçılıqda, məişətdə və hətta ev heyvanlarının saxlanılmasında istifadə etmək mümkündür.

Demokrat.az xəbər verir ki, bu barədə "Notícias ao Minuto" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, qoz qabığı bağda malç materialı kimi istifadə oluna bilər. O, torpaqda nəmin qorunmasına, bitkilərin temperatur dəyişikliklərindən müdafiəsinə və alaq otlarının inkişafının məhdudlaşdırılmasına kömək edir. Tədricən parçalanan qabıq torpağı qida maddələri ilə də zənginləşdirə bilər.

Qoz qabığından məişətdə istifadə etməyin daha üç maraqlı üsulu var:

1. Sürüşməyə qarşı vasitə

Qoz qabığının təbii nahamar səthindən istifadə etməklə sürüşməyə qarşı örtük hazırlamaq mümkündür. Bunun üçün xırdalanmış qabıq boya və ya lakla qarışdırılır. Alınan qarışıq pilləkənlərə və hətta dam örtüklərinə tətbiq edilə bilər.

2. Təbii təmizləyici

Xırdalanmış qoz qabığı aşındırıcı təmizləyici material kimi istifadə oluna bilər. O, müxtəlif səthlərdəki ləkə və çirklərin təmizlənməsinə kömək edir. Bu üsul sənayedə də tətbiq olunur: qoz qabığından alınan qranullar mühərrik hissələrinin və digər avadanlıqların təmizlənməsində istifadə edilir. Materialın bioloji parçalanması isə onun utilizasiyasını asanlaşdırır.

3. Heyvanlar üçün döşənək

Qoz qabığının xırdalanmış forması bəzi kiçik ev heyvanları üçün qəfəs döşənəyi kimi də təklif olunur. Lakin bu materialın bütün heyvanlar, xüsusilə quşlar və sürünənlər üçün təhlükəsiz olduğunu düşünmək olmaz. İstifadədən əvvəl heyvanın növünə uyğunluğu və baytar tövsiyəsi nəzərə alınmalıdır.

Qeyd edək ki, qozun özü də faydalı qida məhsuludur. Tərkibində omeqa-3 yağ turşuları, maqnezium, mis, B5 vitamini və antioksidantlar var. Bu maddələr ürək-damar sisteminin, bağırsaq mikroflorasının və beyin fəaliyyətinin dəstəklənməsində rol oynayır. Lif və zülalla zəngin olması isə uzun müddət toxluq hissi yarada bilər.