Ay sentyabrın əvvəlində tutulma zamanı rəngini qırmızı rəngə dəyişəcək.
Demokrat.az xəbər verir ki, bu barədə TASS-a astronom və Moskva Planetariumunun metodiki təminat şöbəsinin rəhbəri Lyudmila Koşman məlumat verib.
Sentyabrın 7-də Ay təxminən 1,5 saat ərzində Yerin kölgəsində tamamilə gizlənəcək. Maksimum faza 1,368 olacaq və Bakı vaxtı ilə saat 22:12-də müşahidə olunacaq. Tutulmanın bütün mərhələləri Rusiya, Avropa, Asiya, Afrika, Antarktida, Avstraliya və Okeaniyada da görünəcək.
"Sentyabrda tam Ay tutulması baş verəcək və Ay Yerin kölgəsində rəngini dəyişəcək. Ayın rəngi qırmızımtıl olacaq", - astronom bildirib.