Paşinyan ABŞ-a onu da aparır

DÜNYA 06 avqust 2025, 18:59
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona səfər edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.
 
Onun sözlərinə görə, Mirzoyan Ermənistanın Baş naziri Nikol Paşinyanın 7–8 avqust tarixlərində ABŞ-a edəcəyi səfərdə rəsmi nümayəndə heyətinin tərkibində olacaq.

Vaşinqton səfəri çərçivəsində Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək.

Görüşün gündəliyində Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələsi yer alır.

Həmçinin ABŞ və Azərbaycan prezidentləri ilə Ermənistanın baş nazirinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top