İstanbulda küçəyə çıxan aslanın futbolçuya məxsus olduğu iddia edildi
İstanbulun Sarıyer rayonunda küçədə görünən və saatlarla yaxalanmağa çalışılan aslanla bağlı maraqlı iddia ortaya atılıb. Heyvanın "Qalatasaray"ın futbolçusu Abdülkerim Bardakçıya məxsus olduğu irəli sürülüb.
Demokrat.az xəbər verir ki, iddialardan sonra futbolçu məsələ ilə bağlı açıqlama verib.
Abdülkerim Bardakçı aslanın ona məxsus olması barədə yayılan məlumatları təkzib edib. O, "GS TV"yə açıqlamasında zarafatla "Mənim evdə bir aslanım var, o da oğlumdur" deyib.
Qeyd edək ki, Sarıyer rayonunda görünən aslanın tutulması üçün saatlarla axtarış aparılıb.



