YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya Özəl

Rumıniya dağlarında hərbi xidmətdən yayınan ukraynalılar tapıldı - Biri öldü

Rumıniya dağlarında hərbi xidmətdən yayınan ukraynalılar tapıldı - Biri öldü

Rumıniyanın şimalındakı Maramureş dağlarında Ukrayna vətəndaşı həlak olub, daha iki nəfər isə sərhədçilər və xilasedicilər tərəfindən aşkarlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Agerpres" agentliyi Rumıniya Sərhəd Polisinin Siqetu-Marmaçiey ərazi müfəttişliyinin nümayəndəsi Alina Petrarunun açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, anonim telefon zəngi əsasında Ukraynadan Rumıniyaya qanunsuz keçdiyi bildirilən üç nəfərin axtarışına başlanılıb. Əməliyyat zamanı iki ukraynalı Repedya yaşayış məntəqəsi yaxınlığında, dövlət sərhədinə yaxın ərazidə tapılıb.

Üçüncü şəxs də sonradan aşkarlanıb, lakin onun artıq həyatını itirdiyi məlum olub.

Petraru bildirib ki, axtarış-xilasetmə tədbirləri güclü qar yağışından sonra çətin keçilən dağlıq ərazidə aparılıb.

Qeyd edək ki, 2026-cı ilin ilk yarısında təxminən 2,5 min Ukrayna vətəndaşı Rumıniyanın dağlıq ərazilərindən ölkəyə qanunsuz keçməyə cəhd edərkən saxlanılıb. Onlardan 1,2 minə yaxını Maramureş, təxminən 1 mini Suçava, 300-dən çoxu isə Satu-Mare bölgəsində qeydə alınıb.

Müqayisə üçün, 2025-ci ilin eyni dövründə bu ərazilərdə 3,7 mindən çox şəxs saxlanılmışdı. Beləliklə, göstərici bir il ərzində təxminən 33 faiz azalıb.