YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman Özəl

Tomas Rays "Trabzonspor"da 35 illik rekordu yenilədi

Tomas Rays Trabzonsporda 35 illik rekordu yenilədi

"Trabzonspor"un baş məşqçisi Tomas Rays komandanın tarixində əcnəbi mütəxəssislər arasında ən uzun qələbə seriyasına imza atıb.

Demokrat.az xəbər verir ki, 52 yaşlı almaniyalı çalışdırıcının rəhbərliyi altında Türkiyə klubu Super Liqada keçirdiyi son 7 oyunun hamısında qələbə qazanıb.

Rays bununla da 1991-1992-ci illər mövsümündə Urbeyn Braemsin müəyyənləşdirdiyi 6 matçlıq rekordu geridə qoyub. Beləliklə, 35 ildir yenilənməyən göstərici "Eyüpspor"la qarşılaşmadan sonra dəyişib.

"Trabzonspor"un qələbə seriyası "Qalatasaray"la oyundan başlayıb. Daha sonra komanda "Samsunspor", "Beşiktaş", "Çaykur Rizəspor", "Qaziantep FK" və "Alanyaspor" üzərində də qələbə qazanıb. Son olaraq milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra "Eyüpspor"u da məğlub edib.

Qeyd edək ki, Raysın rəhbərliyi altında "Trabzonspor" müdafiədə də inamlı təsir bağışlayıb. Komanda son 7 qarşılaşmanın 6-da qapısını toxunulmaz saxlayıb. Bu nəticələr klubun çempionluq mübarizəsində iddiasını da gücləndirib.