Ermənistan Baş naziri Nikol Paşinyan 7-8 avqust tarixlərində ABŞ-a səfər edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Paşinyan Vaşinqtonda Ermənistan-ABŞ strateji tərəfdaşlığının dərinləşdirilməsi məqsədilə ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək.
Məlumatda o da qeyd edilib ki, Paşinyan ABŞ və Azərbaycan prezidentlərinin iştirakı ilə regionda sülhün, rifahın və iqtisadi əməkdaşlığın təşviqinə yönəlmiş üçtərəfli görüş keçirəcək.