Bakıda sevgilisi ilə ərinə xəyanət edən qadın döyüldü — TƏFƏRRÜAT

HADİSƏ 06 avqust 2025, 12:51
Bakının Xəzər rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin dekabrın 16-da, rayonunun Buzovna qəsəbəsi, Koroğlu küçəsində baş verib. 

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Vüsal Məhərrəmov həmin gün saat 23 radələrində yaşadıqları nömrəsiz fərdi yaşayış evində arvadı Kəmalənin (ad-soyad şərtidir – red.) kiminləsə telefonla danışdığını eşidib. 

O, mobil telefonunu ondan alıb və “votsap” ani mesajlaşma proqramı ilə sevgi mesajı paylaşdığını görüb. 

Onların arasında qısqanclıq səbəbindən mübahisə baş verib. Mübahisə zamanı zərərçəkmiş şəxsi əli ilə qəsdən vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən V. Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə ifadə verən məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun arvadıdır, birgə nikahlarından dörd övladları var: 

“Dekbarın 16-da, təxminən saat 23 radələrində yaşadığımız evdə arvadımın telefonla yazışdığını gördüm. Bu səbəbdən aramızda mübahisə yarandı. Mən onu əlim ilə vurmuşam”. 

İş üzrə ifadə verən zərərçəkmişin sözlərinə görə, 2013-cü ildə təqsirləndirilən şəxs ilə tanış olub və onlar həmin ili rəsmi olaraq ailə həyatı qurublar: 

“Bizim həmin nigahdan 4 övladımız olub. Vüsalla münasibətlərimiz həmişə normal olub. Mən ailəm ilə birlikdə Vüsalın anasının yaşadığı yataqxanaya gəlmişik və orada yaşamağa başlamışıq. Hadisə günü, təxminən saat 23 radələrində evdə olduğum zaman oğlum Qafarın ad günü idi. Biz bir qədər əyləndikdən sonra Vüsal otağa yatmağa getdi. Mən Vüsalın mobil telefonunu götürərək “votsap” sosial şəbəkədə tanış olduğum Amal adlı şəxslə mesajlaşmağa başladım. Bu zaman Vüsal yuxudan durdu və mənim əlimdən mobil telefonu alaraq yazışmaları gördü. Vüsal məni əli ilə vurmağa başladı. Mınim bədənimin müxtəlif yerlərindən əli ilə vurdu. Mən Vüsalın əsəbləşdiyini gördüm və evdən çıxıb qonşuya getdim. Gecəni orada qonşuda qaldım. Səhəri gün polisə gedərək bu barədə ərizə ilə müraciət etdim”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. 

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. 

Zərərçəkəndə ona qarşı şikayətini geri götürdüyü müəyyənləşib. 

Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top