Monqolustanın paytaxtı Ulan-Bator şəhərində noyabrın 21-də Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.
Bu barədə Demokrat.az Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinə istinadən xəbər verir.
Qəbul diplomatik Səfirliyin əməkdaşları tərəfindən həyata keçiriləcək.
Səyyar konsulluq xidməti çərçivəsində, o cümlədən ümumvətəndaş pasportlarının yenilənməsi ilə bağlı müraciətlər qəbul ediləcək.
Müraciət etmək istəyən vətəndaşlardan noyabrın 20-si saat 17:00-dək ad, soyad, ata adı, pasportun surəti və əlaqə nömrəsini seoul@mission.mfa.gov.az elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçmələri xahiş olunur.
Konsulluq xidməti Ulan-Bator şəhəri, БЗД 5-р хороо, Монгол кино, 302 тоот ünvanında göstəriləcək.




