ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırdır. Vaşinqton belə bir görüşün keçirilməsi ehtimalını ciddi şəkildə nəzərdən keçirir.
Demokrat.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Tramp Şimali Koreya ilə mövcud problemlərin həllində dialoq və əməkdaşlığın vacibliyini vurğulayır.
Rubio qeyd edib ki, hələlik görüşün konkret vaxtı müəyyənləşdirilməyib, lakin ABŞ Prezidenti belə bir görüşə hazırdır.



