“İş otağımda bir üst geyimim var. Onu hər gün nahar zamanı geyinirəm ki, kostyum, qalstuk, ağ köynək – bunlara heç nə olmasın, çirklənməsin. İstirahət otağımda isə iki dolab var”.
Ordu.az xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan “Təhsil almaq dəbdədir” adlı növbəti çıxışı zamanı deyib və “intim detallarla bölüşdüyü üçün” üzr istəyib.
“Bu dolablardan birində həmin geyimi asıram. Digərində isə ehtiyat kostyum saxlayıram ki, əgər lazım olsa, dəyişdirim. Bir gün düşündüm ki, bu üst geyimi ilə hər gün nahar edirəm, yemək iyi hopur, sonra onu o biri kostyumla birgə asıram, bəlkə yemək iyi o kostyuma da keçir. Ona görə də həmin üst geyimi digər dolaba asdım və düz 6 ay hər gün nahara gedərkən səhv dolabı açırdım. Sonra xatırlayırdım ki, yox, o birindədir”, - deyə Paşinyan qeyd edib.
Paşinyan deyib ki, son vaxtlar artıq birbaşa düzgün dolaba yaxınlaşır: “Mən özümə sual verdim: nə dəyişdi, niyə artıq düzgün dolaba yaxınlaşıram? Cavab aydındır: çünki mən bu mövzu barədə açıq danışdım, şüurum və alt şüurum divarlardan informasiyanı geri aldı. Artıq refleks aradan qalxıb”.
O, həmçinin Ermənistan cəmiyyətində orduya münasibətə toxunub və qeyd edib ki, hərbi xidmətdən yayınanların sayı çoxdur.
“Hazırda Ermənistanda 13.500 axtarışda olan şəxs var ki, onlardan 12.500 nəfəri müddətli hərbi xidmətdən yayınmaq səbəbilə axtarışdadır. Mən səbəblər barədə danışmaq istəmirəm, bu, bu günün analizi deyil, bu barədə hökumət iclaslarında və siyasi müzakirələrdə danışacağıq”, - deyə Paşinyan əlavə edib.