Hərbçilərimiz minaya bu səbəbdən düşüblər — AÇIQLAMA

HƏRBİ 06 avqust 2025, 11:31
"Mütəxəssislərin ərazini təmizləməsinə baxmayaraq yağışlı ərazidə sel, axıntı minaların yer dəyişməsinə səbəb ola bilər. Hərbçilərimizin hansı şəraitdə minaya düşdüyü məlum deyil. Təmizlənən dağ ərazisində də belə hallar baş verə bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Rövşən Məhərrəmov deyib. 

O bildirib ki, bir vaxtlar Ermənistan ərazisindən gələn seldən sonra Tərtər çayının içərisində minalar aşkarlanmışdı: 

"Ərazidə yollar və sahələr təmizlənibsə, yalnız sel nəticəsində minalar basdırıldığı yerlərdən başqa əraziyə sürüşə bilər. Hətta mühəndis istehkamçı belə yağışdan sonra təmizlədiyi ərazidən keçirsə, minaya düşə bilər. 

Düşmən 30 il ərzində o qədər mina basdırıb ki, təmizləməklə bitmir. Məsələnin təfərrüatları aydın olmasa da, hadisənin baş verməsinə ən yaxın səbəb budur".

Qeyd edək ki, Kəlbəcər rayonu ərazisində 5 hərbçimiz minaya düşüb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top