Bakının Binəqədi rayonunda 1998-ci il təvəllüdlü Elxan Quliyev kafedə dava salıb, bu zaman kafedə ofisiant işləyən İlkinə, onun dayısı Səməndərə və xalası Qahirəyə bıçaqla xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Ağcabədi rayon sakini Elxan 28 may 2023-cü ildə, saat 23 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, mərkəzi parkda yerləşən kafedə ofisiant İlkinin bakalda gətirdiyi pivənin masaya dağılmasını bəhanə edib.
O, heç bir əsaslı səbəb olmadan səs-küy salıb, İlkinin ünvanına uca səslə nalayiq ifadələr deyib və üzərində gəzdirdiyi bıçaqıa ona zor tətbiq edib.
Təqsirləndirilən şəxs həmin bıçaqla bir dəfə İlkinin döş qəfəsinin ön səthi hissəsindən vurub.
Hadisə yerinə gəlmiş ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən kafenin işçisi Səməndər və onun bacısı Qahirə məhkumu sakitliyə dəvət edib.
O, xuliqanlıq hərəkətlərini davam etdirib və həmin şəxslərə müqavimət göstərib. Onlara da bıçaqla xəsarət yetirib.
Bundan başqa, təqsirləndirilən şəxsə narkotik ittihamı da verilib. Buna səbəb isə onun üzərindən narkotik vasitənin aşkar olunmasıdır.
Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (xuliqanlıq - bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə izahat verən zərərçəkmiş İlkinin sözlərinə görə, Rəsulzadə parkında yerləşən adsız kafeni dayısı Səməndər 2023-cü ilin fevral ayından icarəyə götürərək işlədib:
“Həmin ilin mayın 20-dən etibarən həmin kafedə ofisiant işləyirəm. Mayın 28-də, saat 23 radələrində iş rejimi bitdiyim üçün kafeni bağlayaraq getmək istədim. Bu zaman kafeyə iki nəfər müştəri gələrək masada əyləşərək pivə sifariş etdilər. Çox keçmədən onlar həmin masadan duraraq digər masada, ağaca yaxın olan yerdə əyləşdilər.
Dedilər ki, onlara pivəni həmin stola gətirim. Onlara pivə gətirdim. Bir azdan onlar yenə pivə istədilər. Bu zaman onlardan biri mənə irad bildirdi ki, guya mən birinci dəfə pivəni gətirəndə stolun üstünə bakalı qəsdən bərk çırpmışam və pivə stolun üstünə dağılıb. Mən isə həmin şəxsə dedim. ki, pivənin dağılıb, dağılmamasını görməmişəm, bakalı da qəsdən çırpmamışam. Həmin şəxsə dedim ki, onu tanımıram, nəyə görə bakalı bərkdən çırpmalıyam.
Eyni zamanda da ondan üzrxahlıq edərək dedim ki, əgər bakalı bərk çırpıbmışamsa, məni bağışlasın və üzümü çevirərək mətbəxə tərəf getdim. Bu zaman irad bildirən şəxsin arxamca gəldiyini gördüm. Mən mətbəxə çatanda həmin şəxs mübahisə etməyə başladı və söyərək dedi ki, nəyə görə onu acılayıb. Həmin şəxs sərxoş olub. Ona bildirdim ki, acılamamışam, sadəcə olaraq pivəni masaya qoyanda bərkdən çırpılıb”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra həmin şəxs onu yumruq zərbəsi ilə vurub:
“Mən də həmin şəxsi vuranda dalaşmağa başladıq. Bu anda həmin şəxs üzərində gəzdirdiyi bıçaqla məni bir dəfə zərbə ilə vurdu. Lakin mən ilk öncə ağrı hiss etmədim. Bu zaman onunla bir masada əyləşən şəxs gəldi və onu çəkərək qırağa aparmağa cəhd etdi. Həmin vaxt xalam Qahirə və dayım Səməndər də yaranmış səs-küyə gəldilər. Məni bıçaqla vuran şəxs dayımı və xalamı da bıçaqla vurmasını görsəm də, artıq demək olar ki, huşumu itirdim”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə E. Quliyev 7 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkumun vəkili apellyasiya şikayəti verib. Vəkil müvəkkilinin barəsində Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə olan cəzanın yüngülləşdirilməsini, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsini xahiş edib.
Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə məhkumun vəkili tərəfindən verilən şikayəti təmin etməyib.
Bu qərardan sonra məhkum və onun müdafiəçisi Ali Məhkəməyə müraciət ediblər.
Daha yuxarı instansiya məhkəməsində işi araşdıran hakimlər heyəti də qərar veriblər. Qərara görə, kasasiya şikayətləri təmin olunmadan hökm qüvvədə saxlanılıb.
Fariz Məlikli
Demokrat.az